Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi müxtəlif sosial media platformalarında yayılan "Türkiyə ərazisində yerləşən ABŞ hərbi bazasına hücum edildiyi" iddiaları ilə bağlı rəsmi açıqlama yayıb.
Moderator.az xəbər verir ki, bu barədə sözügedən qurum rəsmi məlumat yayıb.
Yayılan açıqlamada bildirilib ki, müxtəlif sosial media hesablarında yayılan bu cür iddialar tamamilə əsassızdır:
"Türkiyənin sərhədləri daxilində heç bir xarici dövlətə məxsus hərbi baza yoxdur. Ölkəmizin hava məkanı, quru sərhədləri, dəniz əraziləri və bütün hərbi obyektləri yalnız öz suverenliyimiz və nəzarətimiz altındadır. Türkiyəyə qarşı heç bir təcavüz aktı baş verməyib və ölkəmizi regional münaqişələrdə iştirak edən tərəf kimi təqdim etməyi hədəfləyən bu cür paylaşımlar qəsdən aparılan dezinformasiya kampaniyasıdır.
Türkiyənin müdafiə və təhlükəsizlik infrastrukturu aktiv şəkildə fəaliyyət göstərir. Hadisələr müvafiq orqanlar tərəfindən izlənilir. İctimaiyyətə əsassız iddialara inanmamaq və yalnız rəsmi mənbələrdən gələn açıqlamalara istinad etmək tövsiyə olunur".