18:58
6°C
Bakı
Bu gün İranın Xuzistan əyalətinin Əhvaz şəhərində neft kəmərində partlayış baş verib və nəticədə böyük yanğın başlayıb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Hadisənin İsrailin zərbələrinin nəticəsi ola biləcəyi ehtimal olunur.
Qeyd edək ki, bəzi KİV daha əvvəl İsrailin İranın qərb bölgələrinə hücumları barədə məlumat vermişdilər.