Zelenski İrandakı hadisələr fonunda Rusiya ilə Əbu-Dabi danışıqlarından danışıb
Dünya
176
17:07, Bu gün

Zelenski İrandakı hadisələr fonunda Rusiya ilə Əbu-Dabi danışıqlarından danışıb

Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunun martın 5–8-də Əbu-Dabidə keçirilməsi planlaşdırılırdı.

Moderator.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Volodimir Zelenski bildirib.

O qeyd edib ki, İran ətrafındakı vəziyyətlə əlaqədar Kiyev görüşün baş tutacağını təsdiqləyə bilmir.

“Hazırkı hərbi əməliyyatlarla əlaqədar görüşün məhz Əbu-Dabidə keçiriləcəyini təsdiqləyə bilmirik. Bununla belə, görüş ləğv olunmayıb”, –o vurğulayıb.

Zelenski əlavə edib ki, görüş mütləq keçirilməlidir, çünki bu, Kiyev üçün vacibdir.

“Həm görüş, həm nəticələr, həm də mübadilə çox vacibdir”, – Ukrayna Prezidenti qeyd edib.

Link kopyalandı!
Son xəbərlər