18:21
7°C
Bakı
Yaxın Şərqdə müşahidə olunan eskalasiya səbəbindən İordaniya hökuməti hava məkanının fəaliyyətini məhdudlaşdırmaq barədə qərar qəbul edib. Qadağa hər gün yerli vaxtla saat 18:00-dan 09:00-a qədər (Bakı vaxtı ilə 19:00-10:00) tətbiq ediləcək.
Moderator.az xəbər verir ki, bu barədə "Petra" agentliyi məlumat yayıb.
Məhdudiyyətlə bağlı qərar bu axşamdan qüvvəyə minir və növbəti göstərişə qədər bütün hava gəmilərinə aid ediləcək.
Fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, ölkənin Müdafiə Qüvvələri İrana qarşı "Aslanın nərəsi" adlı əməliyyata başlayaraq qabaqlayıcı zərbələr endirib. Bu hadisədən dərhal sonra tərəflər öz hava məkanlarını uçuşlar üçün bağlayıblar. Qonşu ölkələr də hava məkanlarını bağladıqlarını bildiriblər.