KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu - VİDEO
Dünya
305
16:57, Bu gün

KİV: İranın yeni müvəqqəti ali liderinin evi vuruldu - VİDEO

İranın müvəqqəti ali lideri Əlirza Ərafinin evinə raket hücumu olub.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Channel 9" telekanalı məlumat yayıb. Onun taleyi haqqında heç bir məlumat yoxdur. İran hakimiyyəti də hələlik hücumla bağlı xəbərlərə münasibət bildirməyib.

Xatırladaq ki, Əlirza Ərafi martın 1-də ali lider Əli Xameneinin öldürülməsindən sonra müvəqqəti lider təyin edilib. Vəzifəyə başladıqdan dərhal sonra o, dünyanın "sionist təkəbbürünün sonunu" görəcəyini bildirib.

Link kopyalandı!
Son xəbərlər