"ABŞ ilə İran arasında Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda irəliləyişin əldə edilməsinə baxmayaraq, vəziyyətin aqressiv hala çevrilməsi bizi məyus edib".
Moderator.az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. Moskvanın İran rəhbərliyi və region ölkələri ilə sıx təmasda olduğuna diqqət çəkən Kremlin mətbuat katibi Rusiya Prezident Vladimir Putinin gün ərazində İrandakı vəziyyətlə bağlı telefon danışıqları aparacağını bildirib.
Peskov "İrandakı vəziyyətin gərginləşməsi fonunda ABŞ ilə Ukrayna məsələsində müzakirələrin aparılmasının məntiqlidirmi" sualına belə cavab verib:
"Ağ Evin münaqişənin həlli məsələsində göstərdiyi səyləri dəstəkləyirik, ancaq hər şeydən əvvəl özümüzü və maraqlarımızı müdafiə edirik".
Kremlin sözçüsü Rusiyanın Ukrayna böhranının siyasi və diplomatik yollarla həll edilməsinə və danışıqlar prosesinin davam etdirilməsinə tərəfdar olduğunu vurğulayıb. O, qeyd edib ki, Moskva öz maraqlarını dinc yollarla təmin etməyə açıqdır.