İran BƏƏ-dəki
Dünya
187
15:46, Bu gün

İran BƏƏ-dəki "Amazon" məlumat mərkəzini də vurub

Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) "Amazon" bulud xidmətinin məlumat mərkəzlərindən birində yanğın baş verib və nəticədə onun işində problemlər yaranıb.
 
Moderator.az-ın "Reuters" agentliyinə istinadən xəbərinə görə, bu barədə "Amazon"dan məlumat verilib.
 
Bildirilib ki, mərkəzin binasına bəzi predmetlər toxunub və bundan sonra elektrik enerjisi kəsilib. Hadisə ilə bağlı təfərrüat açıqlanmayıb, lakin KİV-də yayılan məlumatlara görə, mərkəz İranın zərbələri nəticəsində zərər görüb.
 
Qeyd edilir ki, ABŞ və İsrailin bu ölkəyə qarşı hərbi əməliyyatına cavab olaraq həyata keçirilən İran zərbələri BƏƏ-dəki bir neçə vacib binaya və digər obyektlərə ziyan vurub. Xüsusilə dünyanın ən hündür "göydələn"i olan "Burc Xəlifə", Dubay hava limanı və Yaxın Şərqin ən böyük konteyner limanı olan Cəbəl-Əli zədələnib.
 
Link kopyalandı!
Son xəbərlər