Rusiyalı iş adamı HOTELDƏ intihar edib: Səbəb açıqlandı - YENİLƏNİB
Dünya
586
15:12, Bu gün

Rusiyalı iş adamı HOTELDƏ intihar edib: Səbəb açıqlandı - YENİLƏNİB

Moskvadakı hotellərdən birində rusiyalı iş adamı və keçmiş senator Umar Cabrailovun intiharının mümkün səbəbi açıqlanıb.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
 
Məlumata görə, iş adamının maliyyə problemləri üzündən intihar etdiyi ehtimal olunur.
 
"Cabrailovun son zamanlar maliyyə problemləri var idi və bu da onun intiharının səbəbi ola bilər", - deyə mənbə bildirib.
 
13:04
 
Rusiyalı iş adamı və keçmiş senator Umar Cabrailov Moskvadakı hotellərdən birində intihar edib.
 
Oxu.az-ın xəbərinə görə, bu barədə “Mash” “Telegram” kanalı məlumat verir.
 
Məlumata görə, 67 yaşlı Cabrailov hoteldə tapılıb və yanında tapança olub. O, ağır vəziyyətdə naməlum şəxs kimi xəstəxanaya yerləşdirilib. Onun kimliyini yalnız təhlükəsizlik işçiləri daha sonra müəyyən ediblər.
 
Qeyd edilir ki, iş adamı 2020-ci ildə də intihara cəhd edib, lakin o zaman həyatını xilas etmək mümkün olub.
 
Umar Cabrailov 2004-cü ildən 2009-cu ilə qədər Çeçenistan Respublikasından senator olub. 2017-ci il avqustun 30-da o, Moskvadakı “Four Seasons” hotelində öz otağında tapançadan atəş açdığına görə saxlanılıb. Yekunda o cərimələnib.
 
Link kopyalandı!
Son xəbərlər