Bizi sosial şəbəkələrdən izləyin:
Əfqanıstanın döyüş təyyarələri Pakistan ərazisindəki hərbi təyinatlı obyektlərə, o cümlədən bazalara, düşərgələrə və qərargahlara yeni hücumlar edib.
Moderator.az bildirir ki, xəbəri "RTA" telekanalı martın 2-də səhər saatlarında Əfqanıstan Müdafiə Nazirliyinə istinadla paylaşıb.
Mənbənin bildirdiyinə görə, Əfqanıstan Hərbi Hava Qüvvələri tərəfindən Ravalpindi şəhərində yerləşən Nur Xan aviabazasına, Bəlucistan əyalətinin Kvetta şəhərindəki 12-ci korpusun qərargahına, eləcə də Xvazai hərbi düşərgəsinə və Qulani bazasına yenidən hava zərbələri endirilib.