Netanyahunun həyat yoldaşının fotosu böyük səs-küyə səbəb oldu
Dünya
240
13:00, Bu gün

Netanyahunun həyat yoldaşının fotosu böyük səs-küyə səbəb oldu

İsrail - İran münaqişəsi davam edərkən, Sara Netanyahunun şəkli Mayamidəki otelin eyvanında çəkilib. Şəkil "Bu şəkil müharibənin kim üçün nə demək olduğunu göstərir" və "Müharibə barədə qərar verib başqalarını bədəli ödəməyə məcbur etmək asandır" kimi şərhlərə səbəb olub.
 
Moderator.az bildirir ki, Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İrana hücum edərək bölgəni cəhənnəmə çevirən İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşının fotosu internetdə yayılıb.
 
İsrail vətəndaşları İran hücumlarına qarşı sığınacaqlarda sağ qalmaq üçün mübarizə apararkən, Sara Netanyahu Mayamidəki otelin eyvanında yuxudan yeni oyanmış halda görüntülənib.
 
Foto ilə bağlı bəzi şərhləri təqdim edirik:
 
• Xalq sığınacaqlardadır, hakimiyyətdə olanların ailələri Mayamidədir... Liderlik budurmu? 
 
• Müharibəyə getmək və başqalarını bunun bədəlini ödəməyə məcbur etmək qərarı vermək asandır. 
 
• İsrail yanarkən birinci xanım tətildədirmi? 
 
• Təl-Əvivdə sirenlər, Mayamidə günəşin doğuşu
 
• Bu görüntü müharibənin kim üçün nə demək olduğunu göstərir. 
 
• Xalq qorxu içindədir, hakimiyyətdə olanların ailələri rahatlıq içindədir. 
 
• Müharibəni uzaqdan izləmək asandır, amma nəticələrindən həmişə adi insanlar əziyyət çəkir.
 
Link kopyalandı!
Son xəbərlər