01:13
4°C
Bakı
Əfqanıstan Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinin Pakistandakı hərbi obyektlərə qarşı yeni hava əməliyyatları həyata keçirdiyini açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.
Məlumata görə, zərbələr Ravalpindidə yerləşən Nur-Xan aviabazasına, Kvetta şəhərində 12-ci diviziyanın qərargahına, Hayber-Paxtunxva əyalətinin Möhmand dairəsindəki Həvzay düşərgəsinə və digər mühüm hərbi obyektlərə endirilib.
Bildirilib ki, bu əməliyyatlar Pakistan hərbçilərinin son günlər Kabula, Baqram aviabazasına və digər ərazilərə endirdiyi hava zərbələrinə cavab olaraq həyata keçirilib.