Ərdoğan Xameneinin ölümü ilə bağlı başsağlığı verib
Dünya
480
01 Mar 2026 | 23:20

Ərdoğan Xameneinin ölümü ilə bağlı başsağlığı verib

Rəcəb Tayyib Ərdoğan İranın Ali Lideri Əli Xameneinin vəfatı ilə əlaqədar başsağlığı mesajı yayımlayıb.

Moderator.az xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

R.T.Ərdoğan Ə.Xameneinin dünən baş vermiş hücumlar nəticəsində həyatını itirməsindən kədərləndiyini bildirib.

"Cənab Xameneiyə Allahdan rəhmət, qardaş İran xalqına ölkəm və millətim adından dərin hüznlə başsağlığımı çatdırıram", - deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan həmçinin regionda baş verən hadisələrə toxunaraq, İran xalqı başda olmaqla bütün dost və qardaş xalqların yenidən sülh və sabitliyə qovuşmasının vacibliyini qeyd edib. O bildirib ki, Türkiyə münaqişə mühitinin sona çatması və diplomatiyaya dönüş üçün qətiyyətlə fəaliyyətini davam etdirəcək.

Link kopyalandı!
Son xəbərlər