Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib
Dünya
478
01 Mar 2026 | 22:34

Türkiyə sərhədçiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

Türkiyə sərhəd təhlükəsizliyi, ictimai asayiş və miqrasiya idarəçiliyi sahəsində güzəştsiz mövqe nümayiş etdirir.

Moderator.az Türkiyə Daxili İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, bu fikir ölkənin Sərhəd Təhlükəsizliyi Toplantısında səsləndirilib.

Toplantıda regionda baş verən və qlobal miqyasda təsiri hiss olunan hadisələr geniş şəkildə müzakirə edilib. Bu çərçivədə sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə qorunması, qeyri-qanuni miqrasiya axınlarına qarşı əlavə tədbirlərin görülməsi, böhran vəziyyətlərində tətbiq ediləcək ssenarilər və təcili fəaliyyət planları, həmçinin qurumlararası koordinasiyanın gücləndirilməsi və sahədəki imkanların artırılması məsələləri ətraflı qiymətləndirilib.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi toplantı zamanı vurğulayıb ki, regionda baş verən proseslər anbaan izlənilir və bütün bölmələr yüksək hazırlıq vəziyyətindədir.

Daxili İşlər Nazirliyi bildirib ki, ictimai asayişin qorunması və sərhəd təhlükəsizliyinin təmin olunması istiqamətində bütün qurumlarla yüksək səviyyədə koordinasiya şəraitində qətiyyətli fəaliyyət davam etdirilir.

Link kopyalandı!
Son xəbərlər