22:53
4°C
Bakı
"İrana mümkün hücum enerji daşıyıcılarının qiymətlərində kəskin artıma səbəb olmayacaq".
Moderator.az xəbər verir ki, bunu ABŞ lideri "The Atlantic" nəşrinə müsahibəsində deyib.
"Əgər nəsə səhv getsəydi, bu, neft qiymətlərinin ciddi artımına gətirib çıxara bilərdi. Lakin əməliyyatın uğurunu nəzərə alsaq, amerikalıların cibinə təsir bəzi analitiklərin proqnozlaşdırdığı qədər dağıdıcı olmayacaq", - deyə Tramp vurğulayıb.
Prezident əlavə edib ki, ABŞ-İsrail hərbi əməliyyatı fonunda neft qiymətlərinin mümkün artımı onu narahat etmir.
"Fox News" jurnalisti Ceki Haynrixin sosial şəbəkədə yazdığına görə, Tramp müvafiq suala cavabında belə deyib: "Məni heç nə narahat etmir. Mən sadəcə düzgün hesab etdiyim işi görürəm. Nəticədə bu işləyir".