22:05
4°C
Bakı
ABŞ-nin İrana qarşı keçirilən hərbi əməliyyatı zamanı üç amerikalı hərbçi həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.
Bildirilib ki, "Epic Fury" adlı əməliyyat çərçivəsində daha beş hərbçi ağır yaralanıb. Bundan əlavə, bir neçə nəfərin yüngül qəlpə yaraları və beyin silkələnməsi aldığı qeyd olunub, lakin onların dəqiq sayı açıqlanmayıb.