Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı oldu
Dünya
262
16:40, Bu gün

Türkiyə və İran XİN rəhbərləri arasında telefon danışığı oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Əraqçı arasında telefon danışığı baş tutub.
 
Moderator.az xəbər verir ki, danışıq zamanı Türkiyə tərəfi şənbə günü səhər saatlarında ABŞ və İsrail tərəfindən həyata keçirilən hərbi hücum nəticəsində İslam İnqilabının Ali Rəhbərinin ölümü ilə bağlı başsağlığı verib.
 
Hakan Fidan hərbi hücumdan sonrakı vəziyyət və bölgədəki inkişaflar barədə məlumatlandırılıb.
 
İranın xarici işlər naziri həmkarı ilə söhbətində ABŞ və İsrailin İrana qarşı qeyri-qanuni hücumunu və Ali Rəhbərin qorxaqcasına qətlə yetirilməsini vəhşi cinayət adlandırıb.
 
O, İranın suverenliyini və mövcudluğunu qorumaq üçün qətiyyətli müdafiə əzmində olduğunu vurğulayıb:
 
“İran öz varlığını və ərazi bütövlüyünü qorumaq üçün istənilən təcavüzə qarşı müqtədir şəkildə cavab vermək əzmindədir”.
 
Tərəflər həmçinin regionda artan gərginlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
 
Link kopyalandı!
Son xəbərlər