İsrail Xameneinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb
Dünya
158
16:28, Bu gün

İsrail Xameneinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb

İsrailin Müdafiə Ordusu bazar günü İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürüb.
 
Moderator.az "Report"-a istinadla xəbər verir ki, bu barədə SEPAH-ın açıqlamasında bildirilib.
 
Qeyd olunub ki, o, İsrail Hərbi Hava Qüvvələri tərəfindən kəşfiyyatın ətraflı məlumatları əsasında həyata keçirilən genişmiqyaslı əməliyyatın hədəfi olub.
 
"Zərbə Tehrandakı mərkəzi komandanlıq binasına Xamenei və digər rəsmilərin orada olduğu anda endirilib" , - açıqlamada deyilir.
 
İran hakimiyyəti bazar gününə keçən gecə Xameneinin öldüyünü təsdiqləyib.
 
Link kopyalandı!
Son xəbərlər