Bizi sosial şəbəkələrdən izləyin:
"Britaniya hərbçiləri İranın Bəhreyn ərazisindəki hərbi bazaya endirdiyi zərbə zamanı atəşə məruz qalıb".
Moderator.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili BBC yayım korporasiyasına müsahibəsində bildirib.
"Zərbə endirilən Bəhreyndəki hərbi bazada bizim 300 britaniyalı hərbçimiz yerləşir. Onların bəziləri zərbə endirilən yerdən bir neçə yüz metr aralıda idi", - deyə o vurğulayıb.
Hili, həmçinin iddia edib ki, İran Kipr istiqamətində iki ballistik raket atıb.
Qeyd edək ki, Kiprdə Britaniyanın Akrotiri hərbi hava bazası yerləşir.