İranın kəşfiyyat rəhbəri İsrailin hücumları nəticəsində öldürülüb
Dünya
468
14:05, Bu gün

İranın kəşfiyyat rəhbəri İsrailin hücumları nəticəsində öldürülüb

İran rəsmi mediası ölkənin daxili təhlükəsizlik və kəşfiyyat sisteminə ağır zərbə dəydiyini təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, verilən məlumata görə, ötən gün həyata keçirilən hava hücumları nəticəsində general-leytenant Qolamrza Rezayan həlak olub.
 
Qolamrza Rezayan İran İslam Respublikası Polis Komandanlığının (FARAJA) Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsini icra edirdi. O, ölkə daxilindəki təhlükəsizlik əməliyyatlarının və kəşfiyyat şəbəkəsinin əsas koordinatorlarından biri hesab olunurdu.
 
Qeyd edək ki, general Rezayanın ölümü İranın Müdafiə naziri, Baş Qərargah rəisi və SEPAH komandanının həlak olması barədə yayılan siyahıdan dərhal sonra təsdiqlənib. Bu, İranın həm ordu, həm də daxili kəşfiyyat rəhbərliyinin eyni vaxtda sıradan çıxarıldığını göstərir. Analitiklər bu ardıcıl itkilərin ölkənin daxili asayiş və kəşfiyyat sistemində böyük koordinasiya problemlərinə yol açacağını proqnozlaşdırırlar.
 
Link kopyalandı!
Son xəbərlər