Bizi sosial şəbəkələrdən izləyin:
"İran hadisələrin istənilən ssenarisinə hazırdır və ali lider Əli Xameneinin xəttinə sadiq qalmağa davam edəcək".
Moderator.az "Al Alam" telekanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
"Biz bütün ssenarilərə hazırlaşmışıq və bütün lazımi planları işləyib hazırlamışıq", - deyə o əlavə edib.
Parlament sədri vurğulayıb ki, İran Silahlı Qüvvələri ABŞ və İsrail hədəflərinə hücumları davam etdirəcək.
Qalibaf qeyd edib ki, ABŞ və İsrail "qırmızı xətti keçiblər" və "bunun əvəzini ödəyəcəklər".