02:01
3°C
Bakı
Əli Xamenei və Məsud Pezeşkian ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirilib.
Moderator.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bəqai açıqlamasında qeyd edib ki, ölkənin Ali lideri və Prezidenti təhlükəsizdir.
Sözçünün sözlərinə görə, dövlət rəhbərliyi ilə bağlı müxtəlif platformalarda yayılan iddialar həqiqəti əks etdirmir və əsassız məlumatlardır. O vurğulayıb ki, rəsmi qurumların yaymadığı xəbərlərə etibar edilməməlidir.
Bəqai əlavə edib ki, ölkədə vəziyyət dövlət strukturlarının nəzarəti altındadır və rəhbərlik öz fəaliyyətini normal qaydada davam etdirir.