Dünya
120
00:53, Bu gün

"United Airlines" Yaxın Şərqə uçuşları dayandırdı

"United Airlines" Yaxın Şərqdə hava məkanının bağlanması ilə əlaqədar Dubay və Təl-Əviv istiqamətində uçuşları müvəqqəti dayandırıb.

Moderator.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ABŞ-dən Təl-Əvivə və əks istiqamətdə olan reyslər 6 martadək, Dubaya uçuşlar isə 4 martadək ləğv edilib. Qərarın regionda hava məkanının bağlanması ilə bağlı olduğu vurğulanıb.

Şirkət həmçinin qeyd edib ki, Yaxın Şərqə doğru hərəkətdə olan bir neçə təyyarə ABŞ-yə geri qaytarılıb və ya alternativ hava limanlarına yönləndirilib.

Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İran ərazisinə qarşı hərbi əməliyyata başlayıb.

Link kopyalandı!
Son xəbərlər