00:44
4°C
Bakı
İsrailin ABŞ-dakı səfiri Yehiel Leyter Vaşinqtondakı bir neçə yüksək rütbəli rəsmini İranın dini lideri Əli Xameneinin öldürüldüyü barədə məlumatlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
“Röyters” isə Xameneinin cəsədi tapıldığını və onun ölümünün təsdiqləndiyini yazıb.
İsrailin “Kanal 12” televiziyasının məlumatına görə, İsrail kəşfiyyatında sui-qəsd nəticəsində öldürülən Xameneinin cəsədinin görüntüləri var və onlar ölkənin ən yüksək siyasi rəhbərliyinə təqdim edilib.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu Əli Xameneinin öldüyü haqda “bir çox əlamət olduğunu” bildirmişdi.
(axar.az)