İsrail tarixində ən böyük hücum uçuşu - 200 təyyarə iştirak edib
Dünya
330
21:48, Bu gün

İsrail tarixində ən böyük hücum uçuşu - 200 təyyarə iştirak edib

İrana bugünkü zərbələr İsrail Hərbi Hava Qüvvələri tarixində ən böyüyü oldu. Belə ki, əməliyyatlarda 200-dən çox təyyarə iştirak edib.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

İsrail ordusu bildirib ki, İran ərazisində 500-ə yaxın hədəfə hücum edilib.

"Müdafiə sistemlərinə edilən zərbələr İsrail Hava Qüvvələrinin İran ərazisi üzərində hava üstünlüyünü artırmağa imkan verib və İran rejiminin hücum imkanlarını - İranın qərbindəki obyektləri ciddi şəkildə zəiflədib.

Zərbələrdən biri İranın qərbində - Təbrizdəki obyektə dəyib. Bu obyekt İranın "yer-yer" tipli raket bölməsi tərəfindən istifadə olunub, oradan İsrail mülki şəxslərinə onlarla raket atılacağı planlaşdırılırdı", - açıqlamada deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər