20:15
4°C
Bakı
Türkiyə İsrail və ABŞ-ın İrana hücumları səbəbindən 10 ölkəyə uçuşları dayandırıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu məlumat verib.
Məlumatda bildirilib ki, İran, İraq, Suriya, Livan və İordaniyaya uçuşlar martın 2-dək ləğv olunub. Eyni zamanda, bu gün üçün Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Omana planlaşdırılan uçuşlar da təxirə salınıb.
Bundan əlavə, nazir qeyd edib ki, İranda Türk Hava Yolları və “Peqasus” şirkətlərinə məxsus təyyarələr qalıb. Hazırda təyyarələrin ölkəyə qaytarılması istiqamətində işlər görülür.