İrandakı qızlar məktəbinə raket zərbəsindən sonra ölənlərin sayı 60-ı KEÇDİ
Dünya
300
18:20, Bu gün

İrandakı qızlar məktəbinə raket zərbəsindən sonra ölənlərin sayı 60-ı KEÇDİ

İranın cənubunda yerləşən məktəbə endirilən raket zərbəsi nəticəsində azı 60 uşaq həlak olub, təxminən 80 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatlara görə, raket Minab şəhərində yerləşən qızlar üçün ibtidai məktəbə düşüb. Zərbə zamanı binada şagirdlər olublar.

16:49

İranın Minab şəhərindəki qızlar məktəbinə raket hücumu nəticəsində 51 şagird həlak olub, 60-dan çoxu yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məktəb binası dağılıb və dağıntılar altında onlarla qız qalıb.

16:00

İrandakı qızlar məktəbinə raket zərbəsi nəticəsində 40 nəfər həlak olub, 48 nəfər yaralanıb.
 
Moderator.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin Minab şəhərinin qubernatoru məlumat yayıb.
 
Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.
 
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər