Xameneinin, Əhmədinejadın və Pezeşkianın iqamətgahları raket zərbələrinə məruz qalıb
Dünya
42
16:00, Bu gün

Xameneinin, Əhmədinejadın və Pezeşkianın iqamətgahları raket zərbələrinə məruz qalıb

İranın Ali Lideri Əli Xameneinin sarayı tamamilə yerlə bir edilib.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.

Məlumata görə, hücum zamanı Xameneinin özü binada olmayıb.

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın (2005-2013) Tehranın Nərmək rayonundakı iqamətgahı da İsrail qüvvələri tərəfindən atəşə tutulub. Şahidlərin sözlərinə görə, bina tamamilə dağılıb, yerində yalnız tüstülənən dağıntılar qalıb.

İsrail ordusu, həmçinin İran Prezidenti Məsud Pezeşkianın iqamətgahına, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat qərargahına da zərbələr endirib.

Medianın məlumatına görə, Tehran hava limanı da daxil olmaqla 30-dan çox hədəfə zərbə endirilib.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər