Axios: ABŞ və İsrail İrana zərbələr zamanı hədəfləri bölüşdürüb
Dünya
115
15:50, Bu gün

Axios: ABŞ və İsrail İrana zərbələr zamanı hədəfləri bölüşdürüb

ABŞ İrana zərbələrini raket proqramı obyektlərinə yönəltdiyi halda, İsrail İran liderlərinə zərbələr endirməyi öz üzərinə götürüb.

Moderator.az xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid mənbəyə istinadən məlumat verib.

"ABŞ-nin zərbələri İranın raket proqramına və raket qurğularına, İsrailin zərbələri isə yüksək vəzifəli İran liderlərinin öldürülməsi cəhdinə və raket proqramına yönəlmişdi", - o, ABŞ rəsmisinə istinadən "X" sosial şəbəkəsində yazıb.

Hazırda zərbələrin nəticələri barədə rəsmi məlumat verilmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər