Doha İranın Qətər ərazisinə raket zərbələrini pisləyir
Dünya
33
15:15, Bu gün

Doha İranın Qətər ərazisinə raket zərbələrini pisləyir

Qətər öz ərazisinin İranın ballistik raketləri ilə atəşə tutulmasını qətiyyətlə pisləyir.

Bu barədə Moderator.az Qətər Xarici İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.

Bəyanatda İranın Qətər ərazisinə endirdiyi zərbələrin "milli suverenliyin kobud şəkildə pozulması, ölkənin təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşa hücum" olduğu, eləcə də regionun sabitliyini və təhlükəsizliyini təhdid edən qəbuledilməz eskalasiya olduğu vurğulanıb.

"Xarici İşlər Nazirliyi təsdiq edir ki, Qətər öz suverenliyini müdafiə etmək, təhlükəsizliyini və milli maraqlarını təmin etmək məqsədilə beynəlxalq hüququn müddəalarına uyğun olaraq və hücumun xarakterinə mütənasib şəkildə bu atəşə (İran tərəfindən - red.) cavab vermək hüququnu özündə saxlayır", - XİN-in bəyanatında deyilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər