İsrail İran tərəfindən daha bir raketin buraxılması barədə məlumat verib.
Moderator.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
"İsrail Müdafiə Ordusu İrandan yeni ballistik raketin buraxıldığını qeydə aldığını bildirir. Yaxın dəqiqələrdə İsrailin cənub hissəsində sirenaların səslənməsi gözlənilir. Xəbərdarlıq alan israillilərə bomba sığınacaqlarında gizlənmələri tapşırılır", - məlumatda bildirilib.
İsrailin "Channel 12" telekanalı Ben-Qurion hava limanının ən azı bazar ertəsinə qədər bağlı qalacağını bildirir.
"İsrailin "Israir" aviaşirkəti bazar ertəsi səhər saatlarına qədər İsrailə və İsraildən bütün reyslərin, o cümlədən daxili reyslərin ləğv edildiyini bildirir. 28 fevral 2026-cı il tarixindən 2 mart 2026-cı il tarixinədək planlaşdırılmış reyslərə bilet sifariş etmiş sərnişinlər pul vəsaitlərini geri almaq hüququna malikdir", - məlumatda deyilir.