ABŞ və İsrailin İrana zərbələri fonunda Yaxın Şərqdə bir sıra ölkələr hava məkanını bağlayıb
Dünya
100
14:40, Bu gün

ABŞ və İsrailin İrana zərbələri fonunda Yaxın Şərqdə bir sıra ölkələr hava məkanını bağlayıb

Yaxın Şərqin bir neçə ölkəsi ABŞ və İsrailin İrana zərbələri fonunda hava məkanı müvəqqəti olaraq bağlayıb və ya istifadəsini məhdudlaşdırıb.

Moderator.az xəbər verir ki, məhdudiyyətlər Bəhreyn, Suriya, BƏƏ və Qətərdə tətbiq edilib.

Bəhreyndə hava məkanı Bakı vaxtı ilə saat 14:30-a qədər bağlanıb, bu, ölkə üzərindən tranzit reysləri də əhatə edir.

Suriya Mülki Aviasiya Baş İdarəsinin bəyanatına əsasən, ölkənin cənubundakı dəhlizlər Bakı vaxtı ilə saat 13:00-dan etibarən 12 saat müddətinə məhdudlaşdırılıb, reyslər alternativ marşrutlara yönləndirilib.

BƏƏ və Qətərdə də uçuşlar dayandırılıb: Qətər ərazisində helikopterlər havada patrul çəkir, BƏƏ-də isə görünməmiş ehtiyat tədbirləri görülüb.

Daha əvvəl İran, İraq və İsrail hava məkanının bağlanması və ya məhdudlaşdırılması barədə məlumat vermişdi. Eyni zamanda Bəhreyn, Küveyt və BƏƏ-də partlayışlar və insidentlər qeydə alınıb.

Regionda vəziyyət gərgin olaraq qalır, aviaşirkətlər sərnişinləri mümkün gecikmələr və marşrut dəyişiklikləri barədə xəbərdar edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər