ABŞ
Dünya
35
14:37, Bu gün

ABŞ "Taliban"la qarşıdurmada Pakistana dəstək verdi

Vaşinqton Administrasiyası Əfqanıstan və Pakistan arasındakı döyüş əməliyyatları ilə əlaqədar İslamabadın "Taliban" hərəkatından özünü müdafiə etmək hüququnu dəstəklədiyini bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker özünün "X" hesabında bildirib ki, vəziyyət yaxından izlənilir və Pakistanın özünümüdafiə hüququ dəstəklənir. O, həmçinin Pakistan xarici işlər nazirinin müavini Əmna Baloçla danışaraq "Taliban"-Pakistan münaqişəsində insan itkiləri ilə bağlı başsağlığı verib.

ABŞ Prezidenti Donald Tramp jurnalistlərin iki ölkədən hər hansı birinin ondan baş verənlərə müdaxiləsini xahiş edib-etmədiyi barədə sualına cavab olaraq bildirib ki, "müdaxilə edərdi, lakin Pakistanla çox yaxşı münasibətləri olduğundan bunu etməyəcək. O, Baş nazir Şahbaz Şərifə yüksək hörmətini vurğulayıb, Pakistanın çox yaxşı işlər gördüyünü də qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər