İraqda İranın dəstəklədiyi silahlıların bazasına hücum edilib, ölənlər və yaralılar var
Dünya
40
14:30, Bu gün

İraqda İranın dəstəklədiyi silahlıların bazasına hücum edilib, ölənlər və yaralılar var

İraqda İran tərəfdarı olan silahlı birləşmələrin bazasına hücum edilib.

Moderator.az xəbər verir ki, bu barədə anonim mənbələr AFP-yə məlumat verib.

“Kataib Hizbullah”ın 47-ci briqadasının yerləşdiyi obyektə hücum olunub.

İddialara görə, zərbələr nəticəsində azı iki nəfər həlak olub, beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumun kimin tərəfindən təşkil edildiyi barədə məlumat verilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər