14:03
5°C
Bakı
İsrail və ABŞ İrana qarşı hərbi əməliyyatlar üçün aylar əvvəl hazırlıqlar görüb.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) bəyanatında bildirilib.
“Hücumdan əvvəlki aylarda IDF və ABŞ ordusu arasında yaxın və müştərək planlaşdırma həyata keçirilib. IDF bu əməliyyat üçün bütün qüvvələri ilə dəqiq və uzunmüddətli hazırlıq prosesi həyata keçirib. Bura həm müdafiə, həm də hücum qabiliyyəti daxildir. Baş Qərargah rəisi və ordu komandirləri hazırda vəziyyəti qiymətləndirirlər. Hazırda İsrail Hərbi Hava Qüvvələri dəqiq kəşfiyyat məlumatına əsaslanaraq, İranda hədəfləri vurmağa davam edir. Əməliyyatlar lazım olduğu qədər davam edəcək”, - bəyanatda qeyd edilib.