Hersoq: İrana qarşı əməliyyatın regionda tarixi dəyişikliklərə gətirib çıxaracağına ümid edirəm
Dünya
36
13:10, Bu gün

Hersoq: İrana qarşı əməliyyatın regionda tarixi dəyişikliklərə gətirib çıxaracağına ümid edirəm

ABŞ və İsrailin İrandakı əməliyyatı tarixi addımdır.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Prezidenti İshaq Hersoq "X" hesabında yazıb.

"Bu, tarixi addımdır və mən ABŞ Prezidenti Donald Trampa və Baş nazir Binyamin Netanyahuya bu qərara görə təşəkkür edirəm, bunun bizim və bütün Yaxın Şərq üçün tarixi dəyişikliklərə gətirib çıxaracağına ümid edirəm", - o bildirib.

Hersoq həmçinin ölkə vətəndaşlarını qarşıda çətin günlərin gözlədiyinə dair xəbərdar edib. "Biz güclü xalqıq və heç kim bizi sındıra bilməz. Özünüzü qoruyun və Arxa Cəbhə Komandanlığının göstərişlərinə əməl edin".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər