Marko Rubio ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırdı
Dünya
58
11:09, Bu gün

Marko Rubio ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırdı

ABŞ Dövlət katibi Marko Rubio ölkəsinin vətəndaşlarını İrana getməkdən çəkinməyə və İslam Respublikasını dərhal tərk etməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidməti məlumat yayıb.

"Heç bir ABŞ vətəndaşı İrana səyahət etməməlidir. Biz bir daha hazırda İranda olan vətəndaşlarımızı dərhal bu ölkəni tərk etməyə çağırırıq", - deyə dövlət katibi bildirib.

Bundan əlavə, dövlət katibi ABŞ-nin İranı "qanunsuz həbslərin sponsoru" kimi tanıdığını bəyan edib.

Vaşinqtonun iddiasına görə, İran hakimiyyəti siyasi təzyiq göstərmək üçün ABŞ və digər xarici ölkələrin vətəndaşlarını sistematik şəkildə həbs edir.

Dövlət Departamenti, həmçinin xəbərdarlıq edib ki, Tehranın saxlanılan şəxsləri azad etməkdən imtinası halında Vaşinqton əlavə tədbirləri nəzərdən keçirə bilər. Xüsusilə, İrana səfərlər və ya bu ölkənin ərazisindən tranzit üçün ABŞ pasportlarının istifadəsinə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər