ABŞ və İsrail İrana zərbə endirib, Tehranda partlayışlar baş verib - YENİLƏNİB
Dünya
133
10:58, Bu gün

ABŞ və İsrail İrana zərbə endirib, Tehranda partlayışlar baş verib - YENİLƏNİB

İrana qarşı hücum ABŞ və İsrailin müştərək hücumudur.

Moderator.az xəbər verir ki, bunu İsrail rəsmisi “Channel 12”-ə danışarkən deyib.

İsrail İranda təxminən 30 hədəfə zərbələr endirib.

10:30

İsrail Dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qarşı qabaqlayıcı zərbə edib.

Moderator.az İsrail mətbuatına istinadən xəbər verir ki, bunu müdafiə naziri İsrael Katz deyib.

O bildirib ki, yaxın gələcəkdə İsrail Dövlətinə və onun mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumu gözlənilir.

Buna görə də, müdafiə naziri İsrael Katz İsrail Dövlətinin bütün ərazisində cəbhədə xüsusi fövqəladə vəziyyət tətbiq ediləcək xüsusi bir əmr imzalayıb.

"Cəbhə Komandanlığının və hakimiyyət orqanlarının təlimatlarına əməl edilməli və qorunan ərazilər qorunmalıdır", - nazir qeyd edib.

10:23

Tehranda partlayış səsləri eşidilib.

Moderator.az “Təsnim”ə istinadən xəbər verir ki, şəhərdən səmaya qalxan tüstü müşahidə olunur.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər