Pakistan 331 əfqan hərbçinin öldüyünü açıqlayıb
Dünya
52
09:40, Bu gün

Pakistan 331 əfqan hərbçinin öldüyünü açıqlayıb

Pakistan qüvvələri ilə toqquşmalar nəticəsində həlak olan əfqan hərbçilərinin sayı ən azı 331 nəfərə yüksəlib, 500-dən çox adam yaralanıb.

Moderator.az-ın məlumatına görə, bu məlumatları Pakistanın informasiya naziri Əttaulla Tarar "X" sosial şəbəkəsində açıqlayıb.

Onun bəyanatına əsasən, Əfqanıstan ərazisindəki 37 hədəfə hava zərbələri endirilib. Pakistan silahlı qüvvələri 104 əfqan blokpostunu məhv edib, daha 22-sini öz nəzarətinə götürüb. Bundan əlavə, tanklar, zirehli döyüş maşınları və artilleriya qurğuları daxil olmaqla 163-dən çox hərbi texnika məhv edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər