00:04
5°C
Bakı
Türk Hava Yolları (THY) İrana təşkil olunacaq reyslərin ləğv edildiyinə dair yayılan məlumatlara münasibət bildirib.
Moderator.az-ın xəbərinə görə, aviaşirkət məsələ ilə bağlı yaydığı rəsmi açıqlamada iddiaların həqiqəti əks etdirmədiyini bəyan edib.
“İranla bağlı sosial mediada yayılan reys ləğvi iddiaları doğru deyil. Heç bir reysimiz ləğv olunmayıb. Gündüz saatlarında icra olunan reyslərimiz plan üzrə davam edir”, – deyə açıqlamada bildirilib.