Dünya
410
27 Feb 2026 | 23:50

"Putin sarayı"ndan qalan 6,5 milyard rubl Kabayeva fondlarına necə keçib?" - "Новая газета Европа"

"Fırıldaq və xeyriyyə maskası altında böyük pulların hara getdiyi aşkarlanıb..."

Korrupsiyaya Qarşı Mübarizə Fondu (KMF) araşdırıb ki, 2023-cü ildə Gelencik yaxınlığında inşa edilmiş "Putin sarayı"ndan qalan 6,5 milyard rubl nəhayət Alina Kabayevaya bağlı fondlara yönəldilib.

Moderator.az xəbər verir ki, bu barədə "novayagazeta.eu" nəşri yazıb.

Məlum olub ki, "İnvestisiya Həlləri" şirkətində qalan bu vəsait xeyriyyə məqsədi adı altında iki fonda köçürülüb. Məlumata görə, milyardçı Arkadiy Rotenberg 800 min rubla sarayı alıb və ərazidə 20 il davam edən tikinti başa çatıb. Sarayda hər şey var: məbəd, xokkey kompleksi və hətta akvadiskoteka. Araşdırmaya əsasən, tikinti xarici şirkətlərdən alınan kreditlərlə maliyyələşdirilib, fondun şirkətləri isə Britaniyanın Vircin adalarında qeydiyyatdan keçib.

Fondlara yönələn milyardlar

KMF qeyd edir ki, "İnvestisiya Həlləri" şirkətində 2021-2023-cü illərdə qalan 6,5 milyard rublun yarısı - 3 milyardı Alina Kabayevaya aid birinci fonda köçürülüb: 500 milyon rubl apreldə, 2,5 milyard rubl isə noyabrda. Fond rəsmi olaraq gimnastları dəstəkləmək məqsədi ilə fəaliyyət göstərsə də, yalnız 3,5 milyon rubl bu məqsədə xərclənib. 

Bundan əlavə 260 milyon rubl "Alina" gimnastika festivalına, 31 milyon rubl isə Krımdakı məbədin bərpasına sərf olunub. İkinci fond - "Nebesnaya Gratsiya" 3,5 milyard rubl alıb və iki il ərzində eyni adlı gimnastika turnirinə təxminən 500 milyon rubl xərcləyib. Pulun əsas hissəsi isə bank depozitlərində saxlanılır, 2024-cü ildə yalnız faiz gəlirləri 435 milyon rubl təşkil edib.

Xüsusi xərclər və əlavə fəaliyyətlər

KMF araşdırmasına görə, fond 2023-cü ilin dekabrında Imperial Peterhof Fabriki məhsullarına 30 milyon rubldan çox xərcləyib. Həmçinin, Valdayda - Putin sarayından 1,5 km məsafədə idman təlimləri təşkil edilib. Məqsəd sarayda yaşayan uşaqların həmyaşıdları ilə ünsiyyətini təmin etmək olub.

Araşdırmada vurğulanır ki, fondların böyük hissəsi hələ də depozitlərdədir və bu vəsait illik Rusiya Gimnastika Federasiyasının büdcəsindən dəfələrlə çoxdur. Bu araşdırma göstərir ki, "Putin sarayı"ndan qalan vəsaitlərin xeyriyyə maskası altında Kabayeva fondlarına yönəldilməsi illərdir davam edən və geniş miqyaslı maliyyə axınlarının nəzarətsizliyini əks etdirir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər