ABŞ Venesueladan neft daşıyan tankerin müsadirəsinə hazırlaşır
Dünya
36
23:30, Bu gün

ABŞ Venesueladan neft daşıyan tankerin müsadirəsinə hazırlaşır

ABŞ hakimiyyəti 2025-ci ilin dekabr ayının əvvəlində ələ keçirilmiş və Venesuela nefti daşıyan “Skipper” tankerinin müsadirəsinə nail olmağa çalışır.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur ki, ABŞ hakimiyyəti Kolumbiya dairə məhkəməsinə tankerin və onun daşıdığı 1,8 milyon barel neftin müsadirəsinə icazə verilməsi tələbi ilə iddia qaldırıb.

Vaşinqtonun mövqeyinə görə, tanker və onun yükü müsadirə olunmalıdır, çünki onlar İranın, xüsusilə də İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəklənməsi üçün istifadə edilib.

ABŞ administrasiyasının iddiasına əsasən, tanker 2021-ci ildən sonra İran və Venesueladan neft daşınmasında istifadə olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər