ABŞ İran ətrafında çəmbəri daraldır - VİDEO
Dünya
118
22:40, Bu gün

ABŞ İran ətrafında çəmbəri daraldır - VİDEO

"Military Air Tracking Alliance" təşkilatının məlumatına görə, ABŞ Böyük Britaniyaya əlavə "F-35A Lightning II" və "F-15E Strike Eagle" qırıcılarından ibarət eskadrilya göndərib. Təyyarələrin daha sonra Yaxın Şərqə yerləşdirilməsi planlaşdırılır.

Moderator.az xəbər verir ki, bu barədə "Caliber"in süjetində məlumat verilib.

2026-cı ilin fevralına olan məlumata əsasən, ABŞ regionda 19-dan çox bazada 300-dən artıq döyüş təyyarəsi cəmləşdirib. Qüvvələr Qətər, İordaniya, Səudiyyə Ərəbistanı və İraqdakı obyektlərdə yerləşdirilib. Dəstəyi "USS Abraham Lincoln" və "USS Gerald R. Ford" aviadaşıyıcıları təmin edirlər.

Tehranla nəticəsiz danışıqlar fonunda ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens İrana zərbələr endirilməsi ehtimalını istisna etməyib. ABŞ aviasiyasının İranın qərb sərhədlərinə uçuş müddətinin bazanın mövqeyindən asılı olaraq 10-20 dəqiqədən 70-90 dəqiqəyədək olduğu bildirilir.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər