Türkiyədə narkotik əməliyyatı: Müğənni Mustafa Sandalın sürücüsü həbs edildi
Dünya
112
22:30, Bu gün

Türkiyədə narkotik əməliyyatı: Müğənni Mustafa Sandalın sürücüsü həbs edildi

İstanbul polisinin narkotiklərlə mübarizə şöbəsinin keçirdiyi əməliyyat çərçivəsində türkiyəli müğənni Mustafa Sandalın sürücüsü Emre Battal həbs olunub.

Moderator.az "Sabah"a isitinadən xəbər verir ki, Emre Battal "narkotik vasitələrdən istifadə və onların əldə edilməsi" ittihamı ilə saxlanılıb.

Sürücünün evində aparılan axtarış zamanı narkotik maddələr aşkarlanıb, həmçinin rəqəmsal materiallarda da müvafiq sübutlar tapılıb.

İstintaq tədbirləri başa çatdıqdan sonra məhkəməyə çıxarılan Battal barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər