22:27
5°C
Bakı
Rusiya Ukraynanın Sumı vilayətinin Şostka rayonunda yerləşən aqrar müəssisəyə zərbə endirib, nəticədə iki işçi ölüb.
Moderator.az xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Qriqorov teleqram kanalında bildirib.
"Aqrar müəssisənin iki işçisi - 72 və 67 yaşlı qadınlar ölüblər. Onların meyitləri dağıntılar altından çıxarılıb", - Qriqorov yazıb.
Qeyd olunub ki, daha bir işçi - 60 yaşlı qadın ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həkimlər zəruri yardımı göstərirlər.