ABŞ-İran danışıqlarında yeni
Dünya
54
22:07, Bu gün

ABŞ-İran danışıqlarında yeni "mübahisəli məqam"lar açıqlanıb

ABŞ və İran arasında Cenevrədə keçirilən danışıqlarda İranın nüvə proqramı ilə bağlı əsas məsələlər üzrə tərəflər hələ də razılığa gələ bilməyiblər.

Moderator.az-ın məlumatına görə, bu barədə "The Wall Street Journal" yazır.

Məlumata görə, Vaşinqton Tehrandan əsas nüvə obyektlərinin ləğvini, eləcə də qalan zənginləşdirilmiş uranın ABŞ-yə təhvil verilməsini tələb edir. Bundan əlavə, ABŞ nüvə sazişinin müddətsiz xarakter daşımalı olduğunu bildirir.

İran isə uranı zənginləşdirmək hüququnda israr edir. Tehran hazırkı 60 faizlik səviyyəni 1.5 faizə endirməyə, zənginləşdirməni bir neçə il dayandırmağa və ya prosesi ərəb-İran konsorsiumu vasitəsilə həyata keçirməyə hazır olduğunu bəyan edib. Lakin ABŞ Tehranın uranı zənginləşdirmədən tam imtina etməsini tələb edir.

Məlumata əsasən, Vaşinqtonun saziş çərçivəsində yalnız minimal sanksiya yumşaldılması təklif etməsi də tərəflər arasında daha bir mübahisəli məqam kimi qiymətləndirilir. İran isə iqtisadiyyatına ciddi təsir göstərən sanksiyaların əhəmiyyətli dərəcədə yüngülləşdirilməsini gözləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər