Niderland Ukraynaya hərbçi göndərilməsini istisna etməyib
Dünya
84
21:55, Bu gün

Niderland Ukraynaya hərbçi göndərilməsini istisna etməyib

Niderlandın yeni müdafiə naziri Dilan Yeşilgöz-Zegerius sülh razılaşması əldə olunacağı təqdirdə ölkə hərbçilərinin Ukraynaya göndərilməsi imkanını istisna etməyib.

Moderator.az xəbər verir ki, O, bu barədə "De Telegraaf" qəzetinə müsahibəsində bildirib.

“Mən bu imkanı istisna etmirəm. Lakin sələfim kimi, bu məsələdə tələsmirəm və "bəli" və ya "xeyr" demirəm, çünki bu sual hərtərəfli qiymətləndirilməlidir”, – deyə nazir qeyd edib.

Yeşilgöz-Zegeriusun sözlərinə görə, belə bir addım müzakirə olunarkən konkret şərait, əməliyyatın formatı və müvafiq mandatın mövcudluğu nəzərə alınmalıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər