21:49
5°C
Bakı
İranın paytaxtı Tehranda məşhur "Iran International", "Amerikanın səsi" və "BBC Persian" da daxil olmaqla, bir neçə farsdilli xəbər və siyasi telekanalın yayımı "Əl-Yah" peyk rabitə şirkəti tərəfindən dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı bildirib.
Məlumata görə, ötən gün səhər saatlarından etibarən telekanallar ölkədə izləyicilər üçün əlçatmaz olub.
Eyni zamanda Tehranın bəzi bölgələrində GPS və naviqasiya xidmətləri sıradan çıxıb. Bu, taksi sürücüləri, ictimai nəqliyyat və kuryerlər daxil olmaqla, şəhəriçi hərəkət və marşrut planlamasında ciddi çətinliklər yaradıb.
Hələlik peyk operatoru və ya İran hökuməti tərəfindən fasilənin səbəbi açıqlanmayıb.