Rusiya Müdafiə Nazirliyinin saytı hücuma məruz qalıb
Dünya
85
20:55, Bu gün

Rusiya Müdafiə Nazirliyinin saytı hücuma məruz qalıb

Rusiyanın Rabitə və İnformasiya Kommunikasiyalarına nəzarət xidmətinin və Rusiya Müdafiə Nazirliyinin rəsmi saytları DDoS hücumuna məruz qalıb. Hazırda mütəxəssislər hücumu dəf etməyə çalışırlar.

Moderator.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nəzarət xidməti açıqlama yayıb.

Qeyd olunub ki, DDoS hücumlar ümumi istifadədə olan rabitə şəbəkəsinin Monitorinq və İdarəetmə Mərkəzi (Roskomnadzor), Rusiya Müdafiə Nazirliyinin informasiya resurslarına qarşı səhər saatlarında etibarən başlayıb.

Məlumata görə, hücum həyata keçirən serverlər və botnetlər əsasən Rusiyada, həmçinin ABŞ, Çin, Böyük Britaniya və Niderlandda yerləşir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər