ABŞ-də süni intellekt qalmaqalı:
Dünya
38
20:20, Bu gün

ABŞ-də süni intellekt qalmaqalı: "Anthropic" şirkəti Pentaqonun tələbini rədd etdi

"Anthropic" şirkəti ABŞ Hərb Nazirliyinin (Pentaqon) süni intellekt modellərinə tam çıxış əldə etmək istəyini geri çevirib.

Moderator.az-ın xəbərinə görə , bu barədə şirkətin baş direktoru Dario Amodei məlumat verib.

Qurum bəyan edib ki, hazırladığı texnologiyaların ABŞ vətəndaşlarının izlənilməsi məqsədilə və ya insan nəzarəti olmayan silahlarda tətbiq edilməsinə yol verməyəcək.

Şirkətin baş direktoru Dario Amodei qeyd edib ki, Pentaqon tərəfindən edilən təzyiqlər "Anthropic"in mövqelərinə təsir etməyib və şirkət insan həyatı üçün təhlükə yarada biləcək hər hansı məhsulu təqdim etmək niyyətində deyil.

KİV-də yayılan məlumatlara əsasən, Pentaqon rəhbərliyi şirkətə məhdudiyyətsiz giriş imkanı yaratmaq üçün vaxt təyin edib. Tələb yerinə yetirilməzsə, əməkdaşlığa son qoyula və ya 1950-ci ildə qəbul edilmiş "Müdafiə İstehsalı Aktı" (Defense Production Act) işə salına bilər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər