19:46
5°C
Bakı
İranda millət vəkili Abbas Beyqdelinin avtomobilinə atəş açılıb. Hadisə İranın şimalındakı Qəzvin əyalətində baş verib.
Moderator.az-ın “Tasnim” agentliyinə istinadən xəbərinə görə, bu barədə Qəzvin əyalətinin prokuroru Əli Əsgər Əsgəri məlumat verib.
Onun sözlərinə görə, deputatın avtomobilinə ov tüfəngi ilə atəş açılıb. Hadisə ilə bağlı iki nəfər şübhəli qismində saxlanılıb.
Araşdırma nəticəsində hadisənin terror xarakteri daşımadığı müəyyən edilib. İstintaq davam edir.